İlham Əliyev baş konsulu geri çağırdı


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki baş konsulunu geri çağırıb.


Dövlət başçısının sərəncamına əsasən, İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, İlqar İskəndərov sözügedən vəzifəyə 2018-ci ildə təyin edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu