İstanbuldan yola düşən avtobus Bolqarıstanda qəzaya düşdü- 12-si uşaq olmaqla 46 sərnişin yanaraq öldü


İstanbuldan Makedoniyaya yola düşən avtobus Bolqarıstanda qəzaya düşərək, yanıb.


AFN-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yanğın zamanı avtobusda olan 12-si uşaq 46 sərnişin yanaraq ölüb. Qəzada yaralanan 7 sərnişin isə Sofiadakı xəstəxanalardan birini çatdırılıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Bolqarıstan Daxili İşlər naziri Boyko Raşkovun qəza ilə bağlı açıqlamasında bildirilir ki, yanan sərnişinlərin kimliklərini müəyyən etməkdə çətinlik çəkirlər. Türkiyə rəsmilərinin açıqlamasına görə qəza zamanı yanan avtobusda Türkiyə vətəndaşları olmayıb. Ehtimal olunur ki, dünyasını dəyişən sərnişinlərin hamısı Makedoniya vətandaşı olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu