Elmira Axundova toya oğlunu göndəribmiş - Səfir niyə danışmaq istəmir?




Milli Elmlər Akademiyasının məzuniyyətdə olan rəhbəri Ramiz Mehdiyevin nəvə toyu bir çoxlarının mahiyyətini ortaya qoyub. Dövlətə meydan oxumaq istəyinə baş vuran Ramiz Mehdiyevə dəstək verənlər bir deyil, iki deyil.



Bu sırada xeyli vəzifəli var. Ramiz Mehdiyevin toyunda çəpik çalanlar sırasında olanların artistizminə söz yoxdur. Hər cür yalan düzüb-qoşur, ağıllarına gələni danışırlar. Ukraynadakı səfir Elmira Axundova isə danışmaq istəmir. Ona toya hədiyyə ilə qatılması, oğlu Həbib Axundovu məclisə göndəməsi ilə bağlı suallar ünvanlamışıq.

Elmira Axundova susur. Həmin sualları təqdim edirik, istəsə, cavab versə, onu da dərc edəcəyik. Sizin adınız Azərbaycan mətbuatında daim sabiq PA rəhbəri Ramiz Mehdiyevin yaxın adamı, ona yaxın kadr kimi hallanıb. Özünüz müsahibələrinizdə, açıqlamalarınızda Ramiz Mehdiyevin adını dəfələrlə hallandırıb onun barəsində olduqca yüksək fikirlər səsləndirmisiniz.

Məlum olduğu kimi Ramiz Mehdiyev karantin qaydalarına zidd olaraq nəvəsinə toy məclisi keçirib və bu məclisdə sizin hədiyyə ilə qatılmanız, oğlunuzun birbaşa iştirakı haqda xəbərlər var. Azərbaycan Respublikasının "İnformasiya əldə etmək haqqında” Qanununun 9-cu maddəsinə əsasən bütün nazirliklər, dövlət qurumları informasiya verməyə borclu olan informasiya sahibləri sırasına aiddir. Azərbaycan Respublikasının "İnformasiya əldə etmək haqqında” Qanununun 24.1-ci maddəsinə görə İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir.

Həmin qanunun 14-cü maddəsinə görə, informasiya sahibi informasiya sorğusu vermiş vətəndaşa sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olmağa, sənədlərin üzünü köçürməyə, informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətini çıxarmağa, stenoqramların və ya digər formada kodlaşdırılmış sənədləri oxunmaq üçün yararlı vəziyyətdə təqdim etməyə borcludur. Xahiş edirik aşağıdakı suallara aydınlıq gətirəsiniz.

Hörmətli Elmira xanım,

1.Sizin Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy məclisinə xüsusi hədiyyə ilə qatıldığınız, hədiyyəni oğlunuz Həbib Axundovla göndərmənizlə bağlı xəbərlər var. Həmin xəbərlər nə dərəcədə doğrudur?

2.Hədiyyəni Ramiz Mehdiyevin nəvəsinin toy məclisinə oğlunuz Həbib Axundovun apardığı, toy məclisində iştirak etdiyi haqda məlumat var. Bu xəbər doğrudurmu?

3. Sizin Ramiz Mehdiyevlə çox yaxın münsibətləriniz olub. Onun kabinetində olmanız barədə dəfələrlə özünüz mətbuatda açıqlama vermisiz. Bu münasibətlər davam edirmi?

4.Ramiz Mehdiyevin ölkə rəhbərliyinə meydan oxumasına münasibətiniz necədir? Xahiş edirəm ətraflı bildirəsiniz?

5.Müsahibələrinizdə dönə-dönə vurğulayırsınız ki, Ramiz Mehdiyevin kitabları sizin masaüstü kitablarınızdır. Bu gün də bu belədirmi? 6.Sizin səfir təyin olunmanızda Ramiz Mehdiyevin müstəsna rolu haqda məlumatlar var. Bu məlumatlar nə dərəcədə dəqiqdir?

7.Sizə "xalq yazıçısı” vəsiqəsini Ramiz Mehdiyev təqdim edib və bunu mətbuata açıqlamanızda özünüz demisiniz. Açıqlamanızdan sitat: "Ramiz müəllim Prezident İlham Əliyevin və özü adından məni təbrik etdi. Və mənə "xalq yazıçısı” vəsiqəsini təqdim etdi”. Ramiz Mehdiyev Siyavuş Novruzovu aldadaraq toyla bağl ona prezidentin təbriki haqda fikirlər deyib. Sizə vəsiqəni təqdim edərkən aldatmayıb ki?

8.Ramiz Mehdiyevi yenə də mənəvi atanız hesab edirsinizmi?

9. Adınız və oğlunuzun adı hallanan bütün məhkəmə çəkişmələrində Ramiz Mehdiyevin sizə köməklik etməsi, məhkəmələrə zəng edərək təzyiq göstərməsi haqda məlumatlar olub. Bunu etməyi ondan siz xahiş etmisiniz?

10. Sizin marağınızda olan iş adamlarının müxtəlif dövlət qurumlarından, o cümlədən Müdafiə Nazirliyindən, Sosial Müdafiə Nazirliyindən, Təhsil Nazirliyindən tenderlərin qalibi elan olunmasında Ramiz Mehdiyevin rolu haqda da xəbərlər var. Bu haqda məlumatları bölüşməniz xahiş olunur.

Qeyd etdiyimiz kimi, Elmira Axundova suallara cavab verəcəyi təqdirdə, oxucuların diqqətinə çatdıracağıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu