Şəhid övladları Asif Ağayevdən şikayətçidirlər: “Bizə deyir şəhid ailəsi olanda...”




Beyləqan rayonundan olan şəhid Elsevər Şükürovun övladları rayon rəhbərliyindən şikayətçidirlər.



Şəhidin qızı Tağızadə Xalisə və oğlu Şükürov Cavidan AFN-ə müraciət edərək bildiriblər ki, atalarının adı 1996-cı ildə Beyləqan rayonunun mərkəzindəki stadiona verilərək əbədiləşdirilib: “Stadionun qarşısında büstü də qoyulmuşdu. Amma dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç bir rəsmi sənəd verilməmişdi. 2018-ci ildən həmin yerdə Beyləqan Olimpiya Kompleksinin tikintisinə başlandı. 2019-cu il fevralın 13-də kompleksin açılışı oldu. Həmin vaxtdan öyrəndik ki, atamızın adını götürüblər. Beyləqan rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, ürəkaçan cavab almamışıq”.
X.Tağızadənin sözlərinə görə, sonuncu dəfə rayon icra başçısı Asif Ağayevə müraciət edəndə başçı ona deyib ki, yer yoxdur şəhidin adını əbədiləşdirməyə: “Mənə dedi ki, bir yer göstər ora ad verim. Mən Beyləqanın hər yerini adbaad tanımıram ki. Asif Ağayev mənə onu da dedi ki, şəhid ailəsi olanda sui-istifadəmi etməlisiz?! Halbuki biz indiyədək atamızın adına görə heç kimdən heç nə istəməmişik. Bizim yeganə istədiyimiz odur ki, atamın adı layiqli bir yerə verilərək əbədiləşdirilsin”.

Məsələ ilə bağlı Beyləqan RİH başçısının birinci müavini Telman Məstanova, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədovaya etdiyimiz zənglər cavabsız qaldı. RİH-in İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi (müdir vəzifəsi vakantdır-red.) Kənan Allahverdiyev isə suallara məhz həmin şəxslərin cavab verə biləcəyini dedi.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu