Tovuzda şiddətli atışma başlayıb
Tovuz rayonunun Ağdam kəndi istiqamətində döyüşlər yenidən başlayıb.
Bu barədə AFN-ə kənd sakinləri məlumat veriblər. Bildirilir ki, bir neçə dəqiqədir avtomat və pulemyotlardan istifadə olunmaqla şiddətli atışma başlayıb. Əradizə həm də güclü yağış yağır, şimşək çaxır.
Qeyd edək ki, bu gün səhər saatlarında düşmənin iki PUA-dı məhv edilib, iki əsgəri yaralanıb.