Koronavirusdan qorunmaq üçün buna diqqət etdin - VİDEO
Koronavirusdan qorunmaq elə də çətin deyil. Virusları məhv etmək üçün əllərinizi bir neçə dəfə sabunla yuyun.
AFN xəbər verir ki, bu barədə koronavirusla mübarizə ilə bağlı hazırlanmış video-çarxda qeyd edilib. Bildirilib ki, virusdan qorunmaq üçün spirt və gigiyenik vasitələrdən də istifadə etmək lazımdır:
“Asqırarkən və öskürərkən ağzınızı tənzif və salfetlə tutun. İstifadə edilmiş tənzif və salfetləri zibil qutusuna atın. Bu, sizin virusla mübarizə aparmağınıza yardım edəcək”.
Daha ətraflı videodan öyrənə bilərsiniz:
[media=https://youtu.be/7ZAP9yFmDnA]