AFN yazdı, nazir operativ reaksiya verdi




“Sovetski” sakinləri Səkinəxanım Murtuz qızı Quliyeva, Dünya Murtuz qızı Əliyeva və Brilliant Murtuz qızı Əliyevanın AFNı vasitəsi ilə maliyyə naziri Samir Şərifova müraciətlərinə operativ reaksiya verilib.



Bu haqda AFN-ə müraciət müəllifləri məlimat veriblər. Deyiblər ki, məsələ saytımız vasitəsilə ictimailəşəndən sonra onları çağıraraq dinləyib, problemin həll ediləcəyinə vəd veriblər: “Xüsusi mülkiyyətimizdə olan Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı evin kompensasiyasının alınması ilə bağlı biz yaşlı anaları qəbul edilməsinə dair müaraciətimizə operativ şəkildə reaksiya verildi. Bundan əlavə, baş vermiş anlaşılmazlığın tez bir zamanda aradan qaldırılmasına və birgə razılıq əsasında işin ədalətli və sülh yolu ilə bitməsinə dair vermiş olduğuz göstərişə görə nazir Samir Şərifova minnətdarlığımızı bildiririk. Nazirə və həmin işin müsbət həlli istiqamətində köməklik göstərən şəxslərə, mətbuat nümayəndələrinə təşəkkür edirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu