"Bu avtobuslarda böyük faciə baş verə bilər"- ekspertdən həyəcan təbili




Sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olan avtobus sürücüləri var. Ekspertlərin bildirdiyinə görə, kifayət qədər riskli olan bu hal vətəndaşların həyatı üçün ciddi təhlükə yaradır. Lakin buna həməl qoymayan sürücülər eyni xətanı təkrarlmağa davam edir. Halbuki qanunla da avtobusda sərnişin varsa, yanacaqdoldurma məntəqəsinə daxil olmaq qadağandır.



AFN-in suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunan halla bağlı xüsusi bənd var: " Qanunun 56-cı maddəsində yazılıb ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır. Bu qanunu pozan sürücü 60 manat cərimə olunur. Həmçinin hesabına 3 cərimə balı yazılır".



Hüquqşünas qadağanın səbəbləri barədə də məlumat verib. E.Hüseynovun sözlərinə görə, 2 amilə əsasən sərnişin olan avtobusun yanacaqdoldurma məntəsinə daxil olması yolverilməzdir: " Bildiyiniz kimi, bu məntəqələr təhlükəli obyektlərdir. Sərnişinlərdən biri təhlükəsizlik qaydalarını pozaraq, kibrit, alışqan, yaxud da başqa bir vasitə ilə yanğın törədə bilər. Avtobusda sərnişinlərin çox olduğunu nəzərə alsaq, necə ağır bir faciənin baş verə biləcəyini təsəvvür etmək mümkündür. İkinci səbəb isə təxliyyə məsələsi ilə bağlır. Sözügedən məntəqədə yanğın çıxarsa, çoxsayda sərnişini xilas etmək çətinlik yaradar. Biri var, yalnız sürücü və köməkçisi təxliyyə olunar, biri də var xeyli adam. Yanğından daha çox insan zərər çəkə bilər".

Bəs reysdə olduğu zaman avtobusun yanacağı tükənərsə, sürücü nə etməlidir? Ekspert bu suala da aydınlıq gətirib: " Avtobusların hamısının dəqiq marşrutu olmalıdı. Sürücü maksimum yanacaqla təmin olunaraq, reysə çıxmalıdır. Əgər yolda ikən yanacaq tükənməyə başlayarsa, bunun çox sadə bir qaydası var. Sərnişinləri təhlükəsiz bir yerdə düşürüb, sonra yanacaqdoldurma məntəqəsinə daxil olmalıdır. Yanacaq doldurandan sonra yenə vətəndaşları mindirib, yoluna davam edə bilər".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu