"Bank rəhbərləri parlamentə gəlsin" - Deputatdan təklif




“Ötən dövrdə baş verən devalvasiya ilə əlaqədar hüquqi şəxslərə də yardım edilməlidir”.



Bunu millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, ötən dövrdə baş verən devalvasiyadan tək fiziki şəxslər yox, hüquqi şəxslər də əziyyət çəkib:

“Bank sektorunun sağlamlaşdırılması ən vacib məsələlərdən biridir. Niyə bank sistemində vəziyyət ağır olaraq qalır. Bank rəhbərləri parlamentə dəvət oluna və bu məsələlər araşdırıla bilər. Hüquqi şəxslərə də yardım edilməlidir. Bu, pul deyil, qiymətli kağızlar şəklində həyata keçirilə bilər”.

Millət vəkili təhsil krediti ilə bağlı qanunun qəbulunu da vacib sayıb. (Cebhe.info)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu