Daha bir ana doğuş zamanı öldü
Bakıda qadın doğuş zamanı ölüb.
Hadisə paytaxtın Nizami rayonunda yerləşən 7 saylı doğum evində qeydə alınıb.
32 yaşlı Manıyeva Ramilə İmadəddin qızı "39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü” diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Qadın qanaxmadan ölüb.
Qeyd edək ki, sentyabrın 4-ü 7 saylı doğum evində 26 yaşlı qadın da doğuş zamanı ölüb.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)