Asqırmaq infarkta və karlığa səbəb ola bilər




Asqırmaq fərqli səbəblərdən baş verir. Allergiya və soyuqdəymədən də yarana bilər, kənar təsirlərdən də. Məsələn, buruna ağciyər üçün zərərli bakteriya daxil olursa, beyin asqırmaq yolu ilə o hissəcikləri bədəndən uzaqlaşdırır. Bir növ müdafiə mexanizmi işə düşərək, orqanizmi qoruyur. Odur ki, asqırmaq tənəffüz sistemi üçün təmizləyici refleksdir. Eləcə də ürəyin sağlamlığı üçün olduqca faydalıdır. Asqırma anında tək burun dəlikləri deyil, ürək damarları da genişlənir.



Diqqət edibsinizsə, asqırdığımız vaxt gözlərimiz qıyılır. Bunun səbəbi sinir sistemi ilə əlaqəlidir. Göz və burun sinirləri bir-birinə bağlı olduğu üçün burun qıcıqlandığı zaman gözlər yumulur. Odur ki, asqıran an gözü açıq saxlamaq mümkün deyil. Bu hal sinir siqnalları ilə gerçəkləşdiyi üçün yuxuda asqırmırıq.

Bəzən asqıran adam yanlış olaraq, burnunu tutur. Bu, insan sağlamlığı üçün olduqca təhlükəlidir. Nəzərə alın ki, asqıran zaman burundan çıxan hava axınının sürəti 161 km/saatdır. Olduqca yüksək sürətin qarşısını almaq, qulaq pərdəsinin zədələnməyinə, karlığa, insulta və infartka səbəb ola bilər.

Lakin ağızı bağlamaq tövsiyyə olunur. Burundan çıxan çoxsayda mikrob uzunmüddət havada qaldığı üçün yenidən ağız boşluğuna daxil ola bilər.

Mövzu ilə əlaqəli maraqlı məlumatlardan biri də asqırmağa aid sindromun olmasıdır. Elmdə adına fotoasqırmaq deyilən bu xəstəlik dünya əhalisinin 18-35 faizində var. Əsasən genetik keçən sindrom günəş şüasının təsiri ilə aktivləşir.

Onu da qeyd edək ki, ardıcıl asqırmağın sağlamlıq üçün heç bir zərəri yoxdur.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu