“Azəravtoyol”un iradə rəisi məcburi köçkünü diriykən özünə qəbir qazmağa məcbur edib - İDDİA




“Azəravtoyol” ASC-nin 8 saylı yol istismar idarəsinin rəisi Əliheybət Şirinov cəbrayıllı rayon məcburi köçkünə diriykən qəbir qazdırıb.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında müvəqqəti yaşayan Cəbrayıldan olan məcburi köçkünü Əliheydər Əliyevin AFN-ə verdiyi məlumata görə, buna səbəb Əliheybət Şirinovun ona gördürdüyü işin haqqını ödəməməsidir. Əliheydər Əliyev iddia edir ki, 2013-2015-ci illər ərzində ona məxsus avtomaşınlarla 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin şifahi sifarişi ilə müxtəlif tikinti obyektlərinə yüklər daşıyıblar. Əliheybət Şirinov onlara müxtəlif tikinti materiallarının daşınması işlərini gördürüb və görülmüş işlərin müqabilində ödənilməli olan 353.660 (üç yüz əlli üç min altı yüz altmış) manat məbləğində pulu ödəməkdən boyun qaçırıb: "Pulu ödəmək bir yana, hətta onu və ailəsini ölümlə hədələyir. Hətta deyir ki, muzdlu qatil tutub öldürtdürməyə və bu cinayəti də ört-basdır etməyə yetərincə pulum var. Elə buna görədir ki, mən də daxil olmaqla ailə üzvlərimin qəbirlərini qazıb hazırlamışam. Artıq əlim hər yerdən üzülüb. Ölkəni tərk edib Avropanın ucsuz-bucaqsız küçələrində ac-suzsuz dolanmaqdansa ölümü tərciyə edirik. Amma ölüm qabağı Prezidentdən bir xahişim var ki, sağikən bizim qisasımızı bu harınlamış məmurdan alsın. Prezidentimiz cənab İlham Əliyev hər çıxışında bildirir ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Biz, bütün ailə üzvülərim də daxil olmaqla buna inanırıq".

[media=https://www.youtube.com/watch?v=Dt1y_ZW84PM]





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu