DYP əməkdaşı sürücünün xirtdəyindən yapışdı, işsiz qaldı




Sumqayıt şəhəri, 14 mərtəbəli binanın yanında sürücüyə qarşı kobud hərəkətlər edən DYP əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric edilib.



Bu barədə “Report”a DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev bildirib. Kənarlaşdırılmaya səbəb ötən gün sosial şəbəkələrdə İ. Məmmədovun sürücüyə qarşı kobud davranışlarını əks etdirən videogörüntülərin yayılmasıdır. 10-YP-165 dövlət nömrə nişanlı avtomobilində xidmət göstərən DYP əməkdaşı dayanma əmri verdiyi sürücüyə qarşı zorakı davranıb, onun boğazından sıxaraq itələyib və vurub.

Sosial şəbəkə izləyicilərinin yazdığına görə, hazırda xidmətdən kənarlaşdırılan İsmayıl Məmmədov sürücülərə qarşı kobud davranışı ilə tanınır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu