"ARB 24"-ün yeni rəhbərliyi TV-nin arxivində Qarabağ həqiqətlərinə dair süjeti silib?




"ARB 24"-ün yeni rəhbərliyi TV-nin arxivində Qarabağ həqiqətlərinə dair süjeti silib.

AFN xəbər verir ki, bu barədə TV-nin sabiq baş direktoru Nadir Şəfiyev bildirib. Onun sözlərinə görə, 2017-ci ilin 4 iyununda erməni təxribatı nəticəsində qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın ildönümündə həmin vaxt hazırladığı süjeti paylaşmaq istədyib, amma TV-nin youtube kanalında tapa bilməyib: "O vaxt ARB 24-də direktor vəzifəsində işləyirdim. Süjeti youtube-da axtarsam da tapmadım. Bizim süjet hadisə ilə bağlı rus dilində hazırlanan azsaylı materiallardan idi. ARB televiziya şəbəkəsində isə yeganə süjet idi. Amma həmin şəbəkəyə rəhbərlik edən insanların şəxsi ambisiyaları və mənə qarşı düşmənçilik hissləri (səbəbini şəxsən mən hələ də bilə bilmirəm) o dərəcədə çoxdur ki, onlar düşmənə qarşı mübarizə aparmaq əvəzinə bu qəbildən olan süjetləri müəllifi mən olduğum üçün internetdən silirlər. Bunun əvəzində isə efirə erməni müəlliflərinin mahnılarını verirlər".
N.Şəfiyev daha sonra süjeti feyzbuk səhifələrindən birindən taparaq paylaşıb. Həmin süjeti təqdim edirik:






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu