“Azərenerji” və FHN-dən Mingəçevirdəki qəza ilə bağlı açıqlama
"Bu gün "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) transformatorunda nasazlıq yaranıb və dərhal aradan qaldırılıb”.
Bunu "Azərenerji” ASC-nin media mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.
T.Abdullayevin sözlərinə görə, respublikanın elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, stansiyada xırda texniki hadisə olub: "Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb və problem aradan qaldırılıb”.
Qeyd edək ki, hadisə ilə bağlı məlumatı və videogörüntüləri AFN-ə Mingəçevir sakinləri veriblər. Görüntülərdən də aydın olur ki, stansiyada yanğın baş verib və yanğınsöndürən maşınlar hadisə yerinə axışır.