Geri çağırılan səfirin katibəsindən nikahdankənar uşağı var?


Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsindən geri çağırılan Hüseyn Hüseynovun nikahdankənar qızının olduğu iddia edilir.

AFN.az xəbər verir ki, bu barədə oxu.az-a onun katibəsi Mariya Boteva məlumat verib. Qadın iddia edir ki, H.Hüseynov onu aldadıb və hazırda aliment vermək istəmir, hədə-qorxu gəlir. "O məni aldadıb. Əvvəl inandırıb ki, boşanıb, məsuliyyəti üzərinə götürüb, sonra isə qorxutmağa başlayıb. Noyabrın 21-də Bolqarıstan məhkəməsi işə baxacaq. Bizim bir övladımız var. Atalığı təsdiq etmək üçün hazırladığım sənədi də sizə təqdim edirəm", - deyə M.Boteva bildirib.

Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın əridir.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu