Sabah Bakıda leysan olacaq


Sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

Küləkli hava şəraitinin sentyabrın 14-ü də davam edəcəyi gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu