Adəm Məmmədov həbsdən çıxdı


Xüsusi ittiham qaydasında məhkum edilmiş Adəm Məmmədov azadlığa buraxılıb.

Qafqazinfo”nun məlumatına görə, onun 6 aylıq həbs cəzası bu gün başa çatıb.

Bu yaxınlarda vəkilliyinə xitam verilmiş A.Məmmədov bir az əvvəl 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, keçmiş vəkil həmkarına böhtan atmaqda təqsirli bilinərək 6 aylıq azadlıqdan məhrum edilmişdi. Eyni cinayətlə bağlı keçmiş vəkilin qardaşı Xəyyam Məmmədov da cəzalandırılıb. Ona islah işləri cəzası verilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu