Biləcəridə ağaclar kəsilir? - DİN araşdırmaya başladı


Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşıllıqların qırılması faktı araşdırılır.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.

“Binəqədi rayonu Biləcəri qəsəbəsindəki yaşıllıq ərazidə ağacların kəsilməsi faktı ilə bağlı Rayon Polis İdarəsində araşdırmalar aparılır”, - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı xəbər yayılıb. Məsələ ilə bağlı rayon icra hakimiyyətindən Baku.ws bildirilib ki, ərazidə ağacların budanması işləri aparılıb.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu