Gənc qadınların məşğulluq imkanlarının və iqtisadi təşəbbüskarlığın təşviqi” layihəsi davam edir


Qubada təlim proqramı ilə start götürən layihə çərçivəsində “Uğurlu qadınlar-Uğurlu gənclər: Gənc Qadınların Məşğulluq imkanları və Əmək Bazarında Rəqabətlilik” adlı forum baş tutub. Forum Gənclərin Həmrəyliyi İctimai Birliyinin İcraçı direktoru Ramilə El-oğlunun açılış nitqi və qonaqları salamlaması ilə başlayıb.



“Gənc qadınların iqtisadi iştirakçılığının və məşğulluq imkanlarının artırılması yolları” mövzusunda panel müzakirəsi ilə müşayiət olunan tədbirdə Quba-Xaçmaz Regional Məşğulluq Filialının müdür müavini Rəsul Mursaquliyev, KOBİA-nın Quba-Xaçmaz Regional müdiri Azər Pənahov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev tərəfindən regionda qadınların məşğulluğu və sahibkarlığına dəstək mexanizmləri, bu istiqamətdə atılan addımlar, gənclərin bu imkanlardan faydalanma yolları kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.



Forum zamanı müvafiq mövzuda gənclərin ünvanladığı suallar spikerlər tərəfindən cavablandırılıb, layihədə uğurla iştirak edən gənclər sonda sertifikatla təltif olunub və xatirə fotosu çəkilib.



Növbəti mərhələdə isə layihənin Lənkəran fazasına start verilib. Lənkəranda təlimçi Famil Məmmədovun iştirakı ilə baş tutan təlim proqramında gənc qadınlarla birlikdə məşğulluğ və sahibkarlıq nədir, bu istiqamətdə hansı bilik və bacarıqlar lazımdır, karyera planlaşdırılması, sahibkarlıq ideyasının formalaşdırılması və biznes planının hazırlanması kimi vacib mövzular müzakirə edilib.



Bundan sonra, Lənkəranda da eyniadlı forumun keçirilməsi nəzərdə tutulur.



Qeyd edək ki, layihənin əsas məqsədi gənc qız və qadınların məşğulluğuna və sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsidir.



Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.



Gənc qadınların məşğulluq imkanlarının və iqtisadi təşəbbüskarlığın təşviqi” layihəsi davam edir










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu