Pirşağı çimərliyində atların dənizə salınması narazılıq doğurdu - VİDEO


Pirşağı çimərliyində atların dənizə salınması ilə bağlı görüntülər yayılıb.



AFN.az oxu.az-a istinadən xəbər verir ki, bu vəziyyət istirahətə gələn vətəndaşlar, xüsusilə də uşaqlı ailələr üçün təhlükə yaradıb.



Qeyd edilib ki, ümumiyyətlə atlar əvvəlcə çimərlik boyunca çapılır, daha sonra isə dənizə salınır.



“Əvvəl sahildə çapırlar, sonra isə gətirib heyvanları salırlar dənizə. Dənizdə də rahat şəkildə dincəlməyə imkanımız yoxdur. Bilmirik ki, uşaqları sahildə çapılan atlardan qoruyaq, yoxsa suyun içində üzən atlardan”, - deyə çimərlikdə istirahət edənlər şikayətlənib.



Vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini və çimərliklərin istirahət üçün təhlükəsiz şəraitdə saxlanılmasını bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu