Həftəsonunadək hava sabit qalacaq, temperatur yüksək olacaq

Həftə sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilmir, lakin son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-şərq küləyi ilə əvəz olunacaq.
AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, atmosfer təzyiqi tədricən yüksəlsə də, temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Ötən günlərdə olduğu kimi, maksimal temperatur Bakı və Abşeron yarımadasında 35-38, bəzi yerlərdə 40 dərəcəyə yaxın, Naxçıvan MR, eyni zamanda Aran rayonlarında 36-39, bəzi yerlərdə 41 dərəcə, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.