Konsertdə söyüş söyən reper Epi saxlanıldı


Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.



AFN.az xəbər verir ki, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərdən birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer alması səbəb olub.



Bakı bulvarındakı “EGP Arena”da baş tutan tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıbvətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.



Hazırda reperlə bağlı araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu