Qobustanda gəlin qətlə yetirildi – Qayınata saxlanıldı

İyulun 6-sı saat 18 radələrində Qobustan rayonunda qətl törədilib.
Rayonun Təklə kəndindəki evdə 2001-ci il təvəllüdlü Günel Rasim qızı Ağabəyli bıçaqlanaraq öldürülüb. Onun qayınanası 1959-cu il təvəllüdlü Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən G.Ağabəylinin qayınatası 1957-ci il təvəllüdlü Orucağa Sətdar oğlu Ağayev polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb.
Xəstəxanaya yerləşdirilmiş S.Ağayevanın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Mənbə: Qafqazinfo