General Mayis Bərxudarova ağır itki – Atası vəfat etdi

II Ordu Korpusunun sabiq komandiri, general-leytenant Mayis Bərxudarova ağır itki üz verib.
AFN.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Mayis Bərxudarovun atası Şükür Bərxudarov vəfat edib.
Şükür Bərxudarov bu gün axşam saatlarında dünyasını dəyişib. Mərhumla vida mərasimi sabah saat 12:00-da Sumqayıtda keçiriləcək.
Qeyd edək ki, Mayis Bərxudarov 44 günlük Vətən müharibəsində ölkə başçısı İlham Əliyev tərəfindən ən çox medalla təltif edilən yüksək rütbəli zabitlərdən biridir.