Almaniyada dövlət çevrilişinə cəhddə günahlandırılan təşkilata aid dərnəyin fəaliyyəti qadağan edilib


Almaniyanın Federal Daxili İşlər Naziri Aleksandr Dobrindtin qərarı ilə “Almaniya Krallığı Assosiasiyası” qadağan edilib və 4 nəfər şübhəli dəstənin rəhbəri saxlanılıb.



Almaniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada birliyin məqsədi və fəaliyyətinin cinayət qanunvericiliyinə və konstitusiya quruluşuna zidd olduğu bildirilib.

Daxili işlər naziri Dobrindt birliyin qadağan edilməsinin səbəbini Almaniyada çevriliş planlaşdırmaqda ittiham olunan “İmperator Vətəndaşları (Reyxsbürger)” təşkilatının ən böyük dərnəyi olması ilə izah edib.

2012-ci ildə Vittenberqdə "Ali Hökmdar" Peter Fitzek tərəfindən elan edilən "Almaniya Krallığı Assosiasiyası" hazırda Almaniyada ən çox İmperator Vətəndaşları və özünü idarə edənlər adlandırılan üzvlərin birləşdiyi birlik hesab olunur.

Bildirilib ki, Federal Prokurorluğun qərarı ilə təşkilatçı Fitzek də daxil olmaqla dörd şübhəli qruplaşma rəhbəri saxlanılıb.

Müttəhimlər Karlsrue Federal Məhkəməsi qarşısında çıxış edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu