Aİ ABŞ-dan LNG alışları üçün metan emissiyası qaydalarını dəyişdirmək istəyir

Avropa İttifaqı ticarət müharibəsinin qarşısını almaq məqsədilə ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) alışını artırmaq üçün metan emissiyaları ilə bağlı qaydaların yumşaldılmasını nəzərdən keçirir.
AFN.az-ın xəbərinə görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ümumən emissiya qaydalarını zəiflətməyəcək düzəlişlər ABŞ ixracatçılarına üstünlük verəcək. Avropa Komissiyasının mövzu ilə bağlı sual ünvanlanan sözçüsü dəyişikliklərin mahiyyətini şərh etməkdən imtina edib və qeyd edib ki, AK icma qanunvericiliyi ilə bağlı məsələlərdə sənaye ilə daimi dialoq aparır.
İlin əvvəlindən Brüssel neft və qaz idxalçılarından enerji alışı ilə bağlı potensial metan emissiyaları barədə Avropa tənzimləyicilərinə nəzarət etməli və məlumatlandırmağı tələb edib.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl müttəfiqlər, o cümlədən Aİ ölkələri üçün heç bir istisna etmədən xarici mallara 10%-ə qədər idxal rüsumları tətbiq etmək niyyətində olduğunu bildirib.