Nurlan Libre barədə qərar verildi

"Meydan tv” işi üzrə saxlanılan Nurlan Qəhrəmanlı (Libre) barəsində həbs qətimkan tədbiri seçilib.
"Report”un məlumatına görə, bu barədə Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
Qərara əsasən, o, 1 ay 17 gün müddətə həbs olunub.
Qeyd edək ki, Nurlan Qəhrəmanlı ötən gün saxlanılıb.