ABŞ-ın heyvan sığınacağında quş qripi səbəbindən 20 böyük pişik ölüb


ABŞ-ın Vaşinqton ştatındakı heyvan sığınacağında son həftələrdə quş qripindən yoluxan 20 böyük pişik ölüb. Ölən heyvanlar arasında bir Benqal pələngi, dörd puma, beş Afrika serval pişiyi və iki Kanada vaşağı da var.



Sığınacağın direktoru Mark Metyus "New York Times"a bildirib ki, heyvanlar noyabrın sonu və dekabrın ortaları arasında ölüb.

Quş qripinə səbəb olan virusun çöl quşlarından yayıldığı və əsasən tənəffüs ifrazatları və quşdan quşa təmas yolu ilə ötürüldüyü məlumdur. Virus quşları və ya quş məhsullarını istehlak edən məməlilərdə də infeksiyaya səbəb ola bilər.

Virusun yayılmasının qarşısını almaq üçün sığınacaq karantinə alınıb və ictimaiyyətə bağlanıb. Pişiklərin bu virusa xüsusilə həssas olduğu, infeksiyanın ilk əlamətlərinin yüngül ola biləcəyi, ancaq sətəlcəmə bənzər şərtlər səbəbiylə sürətlə irəlilədiyi, çox vaxt 24 saat ərzində ölümlə nəticələndiyi ifadə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu