Yaponiya Hava Yollarının sisteminə edilən kiberhücum nəticəsində bəzi reyslər təxirə salınıb

Yaponiya Hava Yollarının (JAL) daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum səbəbindən bəzi reyslərin təxirə salındığını açıqlayıb.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, JAL-ın verdiyi açıqlamada daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum edildiyi bildirilib.
Açıqlamada kiberhücum nəticəsində ən azı 24 daxili uçuşun təxminən 1 saat gecikdiyi və bəzi beynəlxalq uçuşların da mənfi təsirləndiyi qeyd edilib.
Bu çərçivədə problemlər başlayandan sonra bilet satışının dayandırıldığı, kiberhücumla mübarizə üçün səylərin göstərildiyi bildirilib.
Açıqlamada kiberhücumun uçuşlara daha çox təsir göstərə biləcəyi, lakin təhlükənin olduğu güman edilən sistemin müvəqqəti olaraq bağlana biləcəyi ifadə edilib.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoshimasa verdiyi açıqlamada hücumdan təsirlənən müştərilərin şikayətlərini aradan qaldırmaq üçün JAL-dan sistemlərindəki problemi mümkün qədər tez aradan qaldırmağı tələb etdiklərini söyləyib.
Digər tərəfdən, Yaponiyada digər aviaşirkətlərin sistemlərində problem olmadığı bildirilir.