Şimali Koreya Rusiyaya göndərdiyi sursatı 3 dəfə artırıb - İDDİA

Şimali Koreya lideri Kim Çen In ilə Rusiya prezidenti Vladimir Putin arasında 2023-cü ilin sentyabrında silah ticarəti ilə bağlı keçirilən görüşdən sonra Şimali Koreyadan Rusiyaya göndərilən sursat dolu vaqonların sayının 3 dəfə artdığı iddia edilib.
"Wall Street Journal"ın (WSJ) xəbərinə görə Şimali Koreya ilə Rusiya arasındakı sərhəd qapısındakı dəmiryol hərəkətini göstərən peyk görüntüləri paylaşılıb.
İki ölkə arasında dəmir yolu nəqliyyatının artdığı iddia edilən xəbərdə Pxenyandan Rusiyaya göndərilən sursat dolu vaqonların 2023-cü ilin sentyabr ayına nisbətən üç dəfə artdığı iddia edilib.
Xəbərdə iddia edilib ki, Pxenyan administrasiyası əvvəlcə Rusiyaya köhnə döyüş sursatları göndərdiyi halda, indi daha yeni və modernləşdirilmiş döyüş sursatı verir.
Cənubi Koreya rəsmiləri Şimali Koreyada təxminən 200 silah zavodunun tam gücü ilə işlədiyini və Rusiyanın Pxenyanın silah istehsalını dəstəkləmək üçün neft və avadanlıq yardımı etdiyini bildirib.