Polis Bakıda daha bir narkotik tədarükçüsünü tutdu - VİDEO
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat tədbirləri davam etdirilir.
Polis tərəfindən bu işdə şübhəli bilinən İran vətəndaşı 1978-ci il təvəllüdlü Rahmat Jabraeılnezhad paytaxtda saxlanılıb.
Onun yaşadığı evdən külli miqdarda heroin, 450 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
R.Jabraeılnezhad həmin narkotik vasitəni Yasamal rayonu ərazisində gizlədilən yerdən götürdüyünü və ayrı-ayrı məkanlara çatdıraraq maddi qazanc əldə etdiyini bildirib.
O, narkotik vasitələrin əsas tədarükçülərindən biri olub, adı narkotiklə əlaqəli cinayətlərdə keçir.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs həbs edilib.