Daha bir universitetdə tələbələrin təqaüdləri gecikir - Rəsmi AÇIQLAMA


Azərbaycanda bir sıra universitetlərin tələbələri təqaüdlərin gecikməsindən şikayət ediblər. Bu ali təhsil müəssisələrindən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetidir (ADPU).


ADPU-nun bəzi birinci kurs tələbələri Modern.az-a müraciət edib. Onlar bildirirlər ki, dərs ilinin başlamasından bir aydan çox vaxt keçib, ancaq nə təqaüd kartları verilib, nə də təqaüdlər.

Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əlaqə saxladıq. Ali təhsil müəssisəsindən bildirdilər ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrə yenilənmiş tələbə kartları təqdim edəcək: “Hazırkı kartlar tələbə bileti və təqaüd kartı funksiyasını yerinə yetirir. Amma vahid tələbə kartı bundan əlavə olaraq tələbələrə müəyyən endirimlər də təklif edir. Bu kartlara təqaüd yüklənəcək, onlar tələbə bileti olaraq istifadə ediləcək və universitet ərazisinə giriş-çıxışı təmin edəcək. Bunlarla yanaşı müxtəlif iaşə obyektlərində tələbələr bu kartlar vasitəsilə endirimlərdən yararlana biləcək. Azərbaycan Pedaqoji Universiteti də bu layihəyə ilk qoşulan universitetlərdəndir. Oktyabrın 15-dən bu kartların hazırlanıb paylanması prosesinə start vertilib. Bu qeyd edilən halla bağlı ilk səbəbdir”.


Qeyd edilib ki, təqaüdlərin gecikməsi məsələsi birinci kurs tələbələri ilə bağlıdır: “Birinci kursa qəbul olunan tələbə sentyabr ayında 15 gün təhsil almış olur. Bu təqaüdün də məbləği az olduğu üçün adətən həmin məbləğ oktyabr ayının təqaüdü ilə birlikdə ödənilir. Yuxarı kursların təqaüdləri artıq verilib. Yalnız birinci kurs tələbələrinin təqaüdləri ödənilməyib ki, bu da qeyd edilən məsələ ilə bağlıdır. Yəni burada təqaüdün verilməməsi, yaxud gecikdirilməsi müzakirə mövzusu deyil”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Dillər Universitetinin (ADU) tələbələrinin təqaüdlərinin gecikdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu