BMT Baş Assambleyasının 79-cu sessiyası öz işinə başlayıb
Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin rəhbərlərini və yüksək səviyyəli nümayəndələrini Nyu-Yorkda bir həftə ərzində bir araya gətirən BMT Baş Assambleyasının 79-cu sessiyası öz işinə başlayıb.
BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Kamerunlu Filemon Yonqun sədrliyi ilə keçirilən sessiya BMT-nin Baş katibi Antonio Quterreşin çıxışı ilə açılıb.
BMT-nin sözçüsü bildirib ki, bu il sentyabrın 24-30-da keçiriləcək BMT Baş Assambleyasının 79-cu iclasında 76 dövlət başçısı, 4 şahzadə, 2 hökumət başçısı, 42 baş nazirin müavini, 9 nazir, 54 nazir müavini və Aİ nümayəndə heyəti iştirak edəcək.
Digər tərəfdən, iştirakçılardan yalnız 19-nun qadın olması diqqət çəkib.