BMT liderləri Baş Assambleya üçün Nyu-Yorkda görüşəcəklər


Dünyanın ən böyük diplomatik tədbirlərindən biri hesab edilən və üzv ölkələrin liderlərini bir araya gətirən BMT Baş Assambleyasının 79-cu iclası sabah Nyu-Yorkda işə başlayacaq.



BMT-nin Baş Qərargahının yerləşdiyi Nyu-Yorkda hər il üzv ölkələrin dövlət və hökumət başçılarını bir araya gətirən Baş Assambleya bu il sentyabrın 24-30-da keçiriləcək.

BMT-nin Baş katibi Antonio Quterreşin açacağı 79-cu BMT Baş Assambleyasının müzakirələrinə kamerunlu Filemon Yong sədrlik edəcək.

BMT Baş Assambleyasına 133 dövlət və hökumət başçısı, 3 vitse-prezident, 80 baş nazirin müavini və 45 nazirin qatılacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu