Nazirə məxsus olduğu deyilən şirkətlə dövlət qurumu arasında icarə qalmaqalı
Tütün məhsulları istehsal edən "European Tobacco-Baku" Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsidir.
Məhkəmə çəkişməsi icarə müqaviləsi üzrə mübahisələrlə bağlıdır. İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq.
"European Tobacco-Baku" ASC 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 44 635 220 manatdır. Şirkətin qanuni təmsilçisi Səfərov Zaur Məhəmməd oğludur.
2017-ci ildən 2019-cu ilədək şirkəti keçmiş deputat Rüfət Quliyev idarə edib. Bu baxımdan, "European Tobacco-Baku" ASC Rüfət Quliyevin şirkəti kimi tanınır.
Əslində isə şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olması barədə iddialara var. Kəmaləddin Heydərovun biznesi haqqında mediada tirajlanan yazılarda da "European Tobacco-Baku" ASC-nin adı keçir.
Qarşı tərəf indiyədək bu iddiaları təkzib etməyib.