"Starbucks"ın baş direktoru vəzifəsindən istefa verib


İki rüb ərzində gəlirlərinin azaldığını bildirən qəhvə şəbəkəsi "Starbucks"ın Baş İcraçı Direktoru (CEO) Laxman Narasimhan tutduğu vəzifədən istefa verib.



"Starbucks" tərəfindən verilən açıqlamaya görə, Narasimhan şirkətin baş direktoru və idarə heyətinin üzvü vəzifələrindən istefa verib.

Açıqlamada hazırda "Chipotle"nin top meneceri vəzifəsini icra edən Brayan Nikkolun "Starbucks"ın prezidenti və baş direktoru vəzifəsinə təyin edildiyi və Nikkolun yeni vəzifəsinə sentyabrın 9-da başlayacağı bildirilib.

Açıqlamaya görə, "Starbucks"ın Baş Maliyyə Direktoru (CFO) Raçel Rugeri qeyd olunan tarixə qədər müvəqqəti CEO vəzifəsini icra edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu