23 yaşlı gənci 83 yaşlı atası güllələdi


Qusarda ata oğlunu güllələyib.


AFN.az-a DİN Mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 30-u səhər saatlarında Qusar rayonu ərazisində baş verib.

Rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Duraxanov Sərkər Duraxan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu