Hindistanda yüksək temperatur xəbərdarlığı edilib


Hindistanın şimalında yüksək temperaturla əlaqədar paytaxt Yeni Dehli və ətraf ştatlarda xəbərdarlıq edilib.



Hindistan Meteorologiya İdarəsinin (IMD) açıqlamasına görə, dünən paytaxt Yeni Dehlidə havanın temperaturu 47,1 dərəcəyə çatıb.

Ətrafdakı Pəncab, Haryana və Racastan ştatlarında istilərlə bağlı xəbərdarlıq edilib.

IMD rəsmisi Soma Sen Roy insanları istidən qorunmaq üçün günorta saatlarında çölə çıxmamağa, geniş paltar geyinməyə və bol su içməyə çağırıb.

Mütəxəssislər aprelin 19-dan iyunun 1-dək keçirilən ümumi seçkilərdə mitinqlərə qatılan və ya növbə gözləyən seçicilərdən isti vurmağa qarşı tədbir görmələrini istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu