Şabranda doğuş zamanı ana və uşağı öldü - YENİLƏNİB
TƏBİB-dən bildirilib ki, ölüm halı ilə bağlı müvafiq araşdırma aparılır.
Cəsəd təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.
***
Şabran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü qeydə alınıb.
“Qafqazinfo”nun məlumatına görə, hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerindədir.
Məlumata görə, rayon sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova doğuş zamanı ölüb, onun körpəsini də xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.