Kanadada tələbə kirayə haqqını ödəyə bilmədiyin üçün universitetə təyyarə ilə gedib-gəlir


Kanadanın Vankuver şəhərində universitetin iqtisad fakültəsinin sonuncu kurs tələbəsi olan Tim Çen kirayə haqqının artması səbəbindən ailəsi ilə birlikdə yaşamaq üçün köçdüyü Kalqaridəki evindən universitetə təxminən 2 saat təyyarə ilə gedib-gəlməyə başlayıb.



Vankuverdə ev kirayəsi 2500 dollar olan universitet tələbəsi Tim Çen kirayəni ödəyə bilməyəndə çarəni ailəsinin yanına köçməkdə tapıb. Bununla belə Tim Çenin ailəsinin yaşadığı Kalqari Vankuverdən 430 kilometr uzaqdadır. Çen hava səyahəti ilə məsafə probleminin həllini tapıb.

Çen Kalqaridən Vankuverə uçuşun təxminən 1 saat 40 dəqiqə çəkdiyini və uçuş üçün 110 dollar ödədiyini söyləyib.

"Mən kirayə üçün 2500 dollar ödəməli olacaqdım, ona görə də bunun mümkün olduğunu düşünmürəm" deyə Çen bildirib.

"CTV News"a danışan Çen, həftədə iki dəfə hər iki gediş-gəliş üçün təxminən 150 dollar ödədiyini, bunun ayda təxminən 1200 dollar olduğunu söyləyib və deyib: "Bu rəqəm şəhərdəki bir otaqlı mənzilin orta kirayəsinin yarısıdır. "

Çen bildirib ki, hər gün məktəbə getmir: "Həftədə yalnız iki dərsdə iştirak etmək məcburidir. Ümumilikdə 3 saat dərsim var və dərsdən sonra avtobusa minib hava limanına gedirəm, oradan evə qayıdıram".

Çen may ayında məzun olacağını bildirərək, "Təyyarə ilə səyahət mənim üçün məzun olduqdan sonra bitəcək" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu