Aygün deyir ki, sənə olan sevgim məni zibilə saldı - aparıcı üzr istədi
Aparıcı Ranar Musyaev Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib.
Ölkə.Az xəbər verir ki, aparıcı onun profilindən gələn linkə keçid etdikdən sonra divanın instaqram profilinin ələ keçirildiyini vurğulayıb:
"Aygün deyir: Sənə olan sevgim, məni zibilə saldı. Sadəcə, səhifəmi qıran haker Divaya bədxah "atkoronainstavirus" linkini göndərib. O da elə bilib mənəm, daxil olub. Beləcə, profil gedib. Bu şəkli indi səhifəmə qayıdanda düşündüm ki, sanki Aygün məndən inciyib. Mən də üzr istəyirəm, amma anlayır ki, bizlik deyil. Şəkilləri pozmaq olar, əsas tarixə yazılan ad pozulmazdır.
Amma artıq stresdən qorunmaq üçün hamı diqqətli olsun. Çəhrayı at, başında tac səhifəniz üçün təhlükəlidir. Ola bilsin başqa növü də var".
Qeyd edək ki, A.Kazımovanın 1,4 milyon izləyicisi olan instaqram profili oğurlanıb. Həmin şəxslər müğənnidən 10 min avro istəyib. Onu da əlavə edək ki, bundan əvvəl Ranar Musyaev, Ceyhun Əli, idmançı Pərviz Abdullayev və müğənni İradə İbrahimovanın da səhifəsi oğurlanmışdı. İradə və Ranar profilini geri qaytara bilib.