Ermənistan səhiyyə naziri: Təhvil verilən 32 hərbçinin müalicəyə ehtiyacı yoxdur


“Azərbaycanla qarşılıqlı mübadilə yolu ilə Ermənistana qayıdan erməni hərbi qulluqçuların mülki tibb mərkəzlərində müalicəsinə və əlavə müayinəyə ehtiyac yoxdur”.


Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərlə söhbətində bildirib.

“Bütün ehtiyaclar qiymətləndirilib, “Muratsan” hərbi hospitalında bütün lazımi tədqiqatlar aparılıb”, - deyə Avanesyan bildirib.

Xatırladaq ki, dekabrın 13-də Ermənistan-Azərbaycan sərhədində saxlanılan hərbçilərin mübadiləsi baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu