Türkiyə ordusu Suriyada PKK/YPG terror təşkilatının 3 üzvünü məhv edib

Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi antiterror tədbirləri nəticəsində PKK/YPG terror qruplaşmasının 3 üzvü məhv edilib.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Vurğulanıb ki, onlar Türkiyə ordusuna qarşı hücuma hazırlaşırdılar.
Qeyd olunub ki, terrorçulara qarşı mübarizə davam edir.