ABŞ: Qabondakı hadisələri yaxından izləyirik


Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi Qabondakı hadisələri yaxından izlədiklərini və vəziyyətin narahatedici olduğunu bildirib.


Jurnalistlərə açıqlamasında Kirbi ABŞ-ın bölgəyə və Qabon xalqına dəstək olmağa davam edəcəklərini, Afrikadakı tərəfdaşları ilə yaxından işləməyə və demokratiyanı dəstəkləməyə davam edəcəklərini deyib.

"Bölgədə konstitusiyaya zidd və çevriliş cəhdləri ilə sarsılan bu inkişaf dərin narahatlıq doğurur" - deyən Kirbi bildirib ki, başqa bir ölkədə hərbi hakimiyyət orqanlarının bu istiqamətdə təhlükəli addımlar atması narahatedicidir: "Lakin bunu trend adlandırmaq hələ tezdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu