Ən böyük hədiyyə binanın jurnalistlərə verilməsi olardı - TƏKLİF
“Qarşıdan 22 iyul Milli Mətbuat Günü gəlir. Hesab edirəm ki, bu bayram ərəfəsində jurnalistlər üçün ən böyük hədiyyə üçüncü binanın mənzil şəraiti ağır olan qələm əhlinə verilməsi olardı”.
AFN.az xəbər verir ki, bu barədə açıqlama ilə Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxış edib.
S.Verdizadə bildirib ki, bağlı qapıları açmağın vaxtıdır:
“Məncə, həm Medianın İnkişafı Agentliyi, həm də Azərbaycan Mətbuat Şurası bu məsələyə həssas yanaşmalıdır. Binanın təyinatı məlumdur - jurnalistlər binası!..”