ABŞ-lı tələbə süni intellektlə qaradərililərə qarşı ayrı-seçkiliyi aşkarlayıb
ABŞ-ın Virciniya ştatında orta məktəb şagirdi Emili Okasio süni intellekt robotu "ChatGPT" vasitəsilə media orqanlarında apardığı araşdırmada qaradərililərə qarşı cinayətlərlə bağlı xəbərlərdə ayrı-seçkiliyə yol verildiyini üzə çıxarıb.
Ştatın Yeni Məktəbində təhsil alan 18 yaşlı Ocasio "ChatGPT-3" ilə arxiv araşdırması zamanı qaradərili qətl qurbanları üçün istifadə edilən xəbər dilinin ağdərililər üçün istifadə edilən dildən daha az humanist olduğunu aşkar edib.
İxtirasını elmi jurnalda nəşr edən Ocasio, 1976-1984-cü illər arasında FTB-nin qətl qeydlərini və "Boston Globe"da dərc olunan xəbərləri təhlil edərək, qurbanların hekayəsinin təqdim edilib-edilmədiyini müəyyən etməyi bacarıb. O, mediada qərəzləri ölçmək üçün yazdığı proqramdan istifadə edərək 5042 xəbər üzərində araşdırma aparıb. O, 18 yaşından aşağı qaradərili kişilərin xəbərlərində istifadə edilən humanist elementlərin ağdərili həmyaşıdları ilə müqayisədə yüzdə 30 olduğunu müəyyən edib. Emili Okasio 18-29 yaş arası qaradərili qadınlarla bağlı xəbərlərdə istifadə edilən insani ünsürlərin ağlara görə yüzdə 23 faiz daha az olduğunu təsbit edib.
"İnsanlar haqqında danışmağımız onları insanlar və ya sadəcə rəqəmlər kimi görüb-görmədiyinizi ortaya qoyur. Gənc qaradərili kişilər ağdərili həmyaşıdlarına nisbətən daha az yetişkin və daha az günahsız hesab olunurdula" - deyə Ocasio bildirib.
Onun araşdırması "Regeneron Science Talent Research" adlı müsabiqədə 2-ci mükafata layiq görülüb.