Gözəgörünməz döyüş təyyarəsi istehsal olunacaq


Böyük Britaniya 2035-ci ilə qədər hipersəs silahları ilə silahlanmış və gözlə görünməyən “Tempest” qırıcısının istehsalına dair İtaliya və Yaponiya ilə müqavilə imzalayacaq.


AFN.az-ın məlumatına görə, Böyük Britaniyanın baş naziri Rişi Sunak İtaliya və Yaponiya ilə Kral Hərbi Hava Qüvvələrinin altıncı nəsil birinci qırıcının hazırlanması üçün müqavilə imzalamağa hazırlaşır.
“Tempest” qırıcısı 2035-ci ildə ölkənin HHQ-nin arsenalına daxil olmalı, İtaliya, Böyük Britaniya, Almaniya və İspaniya arasında əməkdaşlığın nəticəsi olan hazırkı “Eurofighter Typhoon”u əvəz etməlidir”-məlumatda belə deyilir.
Növbəti dörd il ərzində rəsmi London Britaniyanın ən qabaqcıl, yeni döyüş təyyarəsini maliyyələşdirmək üçün 2 milyard funt sterlinq ayırmağı planlaşdırır.
Layihə “Leonardo UK”, “MBDA UK” və “Rolls-Royce” şirkətləri ilə işləyən “BAE Systems” kompaniyası tərəfindən həyata keçirilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu