Silahlı Qüvvələri ilə bağlı qanunvericilik dəyişir


Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə qanunvericiliyə dəyişiklik edilir.


"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunun 9-cu maddəsinə təklif olunan dəyişikliklə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanunun hazırkı bəndi isə belədir: "Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu