Pandemiyadan qadınlar, yoxsa kişilər daha çox əziyyət çəkib?


Pandemiya dünyada cinslər arasında yalnız yoluxma sayında deyil, iqtisadi baxımdan da fərqlərin olduğunu ortaya çıxarıb.


Türkiyə Devrimci İşçi Sendikaları Konfederasyonu Araştırma Merkezinin (DİSK) apardığı araşdırmaya görə, qadın işçilərin ötən müddət ərzində 38 faizinin gəlirləri azalıb və son bir il içərisində qadın işsizliyi 1 milyon 346 min nəfər artıb. Araşdırmaya görə, kişilər arasında da işsizlik artsa da, bu, qadınlarda daha çox özünü göstərib. Son bir ildə qadınların məşğulluğu 6,5 faiz azalıb, kişilərdə isə bu rəqəm 2,7 faizdir. Qeyd edilir ki, bu artımın səbəbi qadınların ən çox çalışdığı xidmət, pərakəndə, ticarət, ərzaq sahələrin pandemiyadan təsirlənən sektorlar olmasıdır.

BMT-nin İnkişaf Proqramının hesabatına görə, 2020-ci il qadınların pandemiya müddətində iş və gəlir itkisinin iki önəmli tərəfi, “işdən çıxarılma” və “maaşsız məzuniyyətə göndərmə” hesab edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OESD) hesbatına görə isə pandemiyanın ən çox zərbə vurduğu sektorlarda qadınlar daha çox çalışıb. Belə ki, dünyada səhiyyə və sosial xidmətlərdə çalışanların 70 faizini və əmək müqaviləsi olmadan çalışanların əksəriyyətini qadınlar təşkil edir. Yəni qadınların ən çox təminatsız, qeyri-rəsmi, müvəqqəti çalışdığı xidmət, ərzaq, turizm sektorlarında bu, daha çox yayılıb. Epidemiyaya qarşı yaradılan qoruma paketləri də bu şəkildə işçilərə çata bilmir. Eyni zamanda bu dövrdə məsafədən təhsil, bağçaların bağlanması da ev işlərinə ayrılan müddətin qadınlar üçün 4 qat artdığını göstərir.

Pandemiya qadınlarla bağlı daha bir faktı da ortaya çıxarıb. Türkiyənin “Qadın cinayətlərini dayndıracağıq” Platformasının məlumatına görə, 2020-ci ildə kişilər tərəfindən 300 qadın öldürülüb, 171 qadın isə şübhəli şəkildə ölü tapılıb. Qadınların 60 faizi evdə öldürülüb. Beləliklə, “Evdə qal” kimi çağırışlar bəzi qadınları eribarsız şəraitə məhkum edib. Qadın sığınacağının hesabatına görə isə pandemiya müddətində sığınacağa getmək üçün polisə müraciət edən bəzi qadınların koronovirus səbəbi ilə qəbul edilmədiyi göstərilir. 2020-ci ildə qadın sığınacağına 1700 qadın müraciət edib ki, 2019-cu ildə bu rəqəm 944 olub. Pandemiya dövründə işsizlik nəticəsində evdə daha çox qalmağa məcbur olan qadınlara qarşı zorakılıq hallarının artması digər ölkələrdə də müşahidə edilib. Məsələn, Fransada məişət zorakılığına dair məhdudiyyətlərin ilk həftəsində 32 faiz, Litvada ilk üç həftədə 20 faiz zorakılıq artıb. İrlandiyada məişət zorakılığı hökmlərində beş qat artım olub və İspaniya səlahiyyətliləri həbs müddətinin ilk iki həftəsində telefon danışıqlarında 18 faiz artım olduğunu bildirib. Qadınlar həftədə orta hesabla 62 saat (kişilərdə 36 saatla müqayisədə) və həftədə 23 saat (kişilərdə 15 saat) ev işləri ilə məşğul olublar.

Digər bir araşdırma, pandemiyaya cavab vermək üçün yaradılan komitələrdə kişilərin qadınlardan çox olduğunu ortaya çıxarıb. 17 Avropa İttifaqına üzv dövləti daxil olmaqla 87 ölkədəki 115 milli özəl COVID-19 işçi qüvvəsinin 85,2 faizi əsasən kişilər, 11,4-ü qadınlardan ibarətdir. Yalnız 3,5 faizində gender bərabərliyi müşahidə edilir. Siyasi səviyyədə Avropa Birliyində səhiyyə nazirlərinin yalnız 30 faizi qadındır. Komissiyanın COVID-19 böhranı üçün işçi qrupuna Prezident von der Leyen rəhbərlik edir və üçü qadın olmaqla beş komissardan ibarətdir.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu